Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” sabiq kapitanı Rahid Əmirquliyevi yenidən sıralarına cəlb edib.
Prosport.Az xəbər verir ki, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Rahid Əmirquliyev 2018–2023-cü illərdə “Səbail”in şərəfini qoruyub.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 oyun keçirib. O, “Səbail”in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxıb.

