“Sabah”ın yeni transferi Kristian Nvaçukvu üçün İngiltərənin “Şeffild Yunayted” klubuna ödədiyi məbləğ müəyyənləşib.
Prosport.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı vingerin satışı “Şeffild Yunayted”ə 600 min avro qazandırıb.
Qeyd edək ki, Kristian Nvaçukvu “Sabah”la 3 illik müqavilə imzalayıb.
