"Qarabağ" heyətinə yeni futbolçu cəlb edib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Pakistanın U-20 yığmasının kapitanı Əbdül Səməd Xanla anlaşıb. Onunla ilə 2 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi “Qarabağ”ın U-17 və U-19 komandalarında oynayacaq.
Qeyd edək ki, Əbdül Səməd Xan Pakistanın U-17 yığmasının da kapitanı olub.
