UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Prosport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibi bəlli olub.
Bakı klubu III raundda Danimarkanın "Orxus" komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.
10:07
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Prosport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın potensial rəqibi müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) 2 oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.
Komanda III təsnifat mərhələsində Danimarkanın "Orxus" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
