"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanda ÇSKA (Sofiya) ilə keçirilən cavab oyununda zədələnən futbolçusu Zakaria Savonun vəziyyətinə aydınlıq gəlib.
Bu barədə klubdan Prosport.Az-a məlumat verilib. Aparılan tibbi müayinənin nəticələrinə əsasən, isveçli hücumçunun sağ bud əzələsində qismən yırtıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Zakaria Savonun təxminən 8 həftədən sonra yaşıl meydanlara qayıtması gözlənilir.
