"Qəbələ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarə əsasında heyətinə qatıb.
24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin formasını geyinirdi. O, daha əvvəl Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" klublarında çıxış edib.
Artur Motta yeni mövsümdə "Qəbələ"nin uğurları üçün mübarizə aparacaq.
