Mərakeşin "Maqreb Atletik" klubunun futbolçusu Faten Ben Amar əl-Əziz İspaniyanın Seuta şəhərinə üzərək keçməyə cəhd edərkən həyatını itirib.
Prosport.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, futbolçu qeyri-qanuni miqrasiya cəhdi zamanı həlak olub.
Qeyd edək ki, iyulun 30-da minlərlə miqrant dəniz yolu ilə Seuta şəhərinə daxil olmağa cəhd edib. Şəhər rəhbərliyi Seutaya təxminən 60 min, İspaniyanın Daxili İşlər Nazirliyi isə 50 min miqrantın gəldiyini açıqlayıb.
Məlumata əsasən, son 30 saat ərzində təxminən 69,5 min miqrant yenidən Mərakeşə qaytarılıb. Seuta sahillərinə çatmağa çalışarkən isə 90 nəfər həyatını itirib.
