İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real Madrid" komandasında çıxış edən braziliyalı vinger Vinisius Junioru transfer etmək istəyir.
Prosport.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi futbolçu üçün 135 milyon avro təklif edib. Bonuslarla birlikdə transferin ümumi dəyərinin 145 milyon avroya çata biləcəyi bildirilir.
Məlumata əsasən, Vinisius Junior da karyerasını "Arsenal"da davam etdirməyə müsbət yanaşır.
Qeyd olunur ki, braziliyalı futbolçu 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsini uzatmaqla bağlı "Real Madrid"in təklifini qəbul etməyib.
26 yaşlı hücumçu 2018-ci ildən Madrid klubunun formasını geyinir. O, "Real"ın heyətində keçirdiyi 375 oyunda 128 qol vurub, 100 məhsuldar ötürmə müəllifi olub.
