Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kryu" ABŞ MLS-də növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Şərq Konfransının 18-ci turunda "İnter Mayami" ilə qarşılaşan komanda 2:2 hesablı heç-heçə edib.
Nəriman Axundzadə bu görüşdə meydana çıxmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qarşılaşmada "İnter Mayami"nin ulduzu Lionel Messi ikinci hissədə oyuna daxil olub. Mayami təmsilçisinin qollarını Luis Suares və Allen Noah vurub. "Kolumbus Kryu" isə Kazemironun avtoqolu və Brais Mendezin qolu sayəsində məğlubiyyətdən xilas olub.
Bu nəticədən sonra "İnter Mayami" 38 xalla Şərq Konfransında 2-ci, "Kolumbus Kryu" isə 20 xalla 11-ci pillədə qərarlaşıb.
