"Liverpul"un üç futbolçusu arasında yoldaşlıq oyunundan sonra kapitan sarğısına görə mübahisə yaşanıb.
Prosport.Az "The Telegraph" nəşrinə istinadən istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin "Rekshem" üzərində 1:0 hesablı qələbəsindən sonra Körtis Cons, Kostas Tsimikas və Dominik Soboslai arasında gərginlik yaranıb.
Bildirilib ki, Dominik Soboslai əvəzləndikdən sonra kapitan sarğısını Kostas Tsimikasa verib. Bu qərar Körtis Consun narazılığına səbəb olub.
Məlumata görə, yaşanan mübahisənin sonunda Tsimikas kapitan sarğısını çıxararaq yerə atıb.
