"Qarabağ"dan ayrılan Ramil Şeydayev karyerasını Rusiyada davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 30 yaşlı hücumçu sərbəst futbolçu kimi Rusiya I Liqa təmsilçisi "Soçi" ilə 1 illik müqavilə imzalayıb.
Beləliklə, Şeydayev 7 illik fasilədən sonra yenidən Rusiya futboluna qayıdıb.
Qeyd edək ki, Ramil Şeydayev son olaraq "Qarabağ"ın formasını geyinib.
