UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Danimarkada "Orxus" və "Sabah" komandaları arasında keçiriləcək ilk oyununun bütün biletləri satılıb.
Prosport.Az xəbər verir ki, avqustun 5-də Randers stadionunda oynanılacaq ilk qarşılaşma üçün yerli komanda azarkeşlərinə ayrılmış bütün biletlər tükənib. Bununla da 9 min nəfərlik stadionun tutumu tam dolub.
Klub azarkeşlərə göstərdikləri böyük dəstəyə görə təşəkkür edib və onları avqustun 5-də keçiriləcək oyunda komandaya dəstək olmağa çağırıb.
Bundan başqa, avqustun 11-də Bakıda keçiriləcək cavab qarşılaşmasının biletlərinin də satışda olduğu bildirilib.
Qeyd edək ki, "Orxus" - "Sabah" matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab görüşü isə avqustun 11-də saat 20:00-da keçiriləcək.
