Macarıstan çempionatında II turun oyunlarına start verilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin müqavilə imzaladığı "Kişvarda" səfərdə "Puşkaş Akademiyası"nın qonağı olub.
Matç qonaqların qələbəsi ilə başa çatıb. 2:0 hesabı ilə bitən oyunda Nuriyev forma geyməyib. Onun adı görüşün protokoluna daxil edilməyib.
Bu qələbə sayəsində “Kişvarda” 4 xalla turnir cədvəlində liderliyə yüksəlib.
