“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Prosport.Azxəbər verir ki, bölgə təmsilçisi cinah yarımmüdafiəçisi Ayman Bualini heyətinə qatıb. 26 yaşlı mərakeşli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Bualinin son klubu Birləşmiş Ərəb Əmirliklərinin “Al Dhaid” komandası olub.

