Yeni mövsümün hazırlıqlarını davam etdirən “İmişli” növbəti sınaq matçına çıxıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi təlim-məşq toplanışı çərçivəsində səfərdə “Qəbələ” ilə üz-üzə gəlib.
Məhsuldar keçən qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. “İmişli”nin qollarını Juninyo və Dioqo Kardozu vurublar.

