Braziliya futbolunun ulduzu Neymarın büstü və heykəli "Santos" klubunun muzeyində nümayiş etdirilməyə başlanıb.
Prosport.Az xəbər verir ki, muzeydə 34 yaşlı hücumçunun imzaladığı forma da sərgilənir.
Neymar "Santos" akademiyasının yetirməsidir və peşəkar futbolçu karyerasına məhz bu klubda başlayıb. O, 2009–2013-cü illərdə Braziliya təmsilçisinin formasını geyinib, 2025-ci ildə isə yenidən doğma komandasına qayıdıb.
Təcrübəli futbolçu "Santos"un heyətində 2011-ci ildə Libertadores Kubokunun qalibi olmaqla klub tarixinin ən yaddaqalan uğurlarından birinə imza atıb.

