Yeni mövsümə hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən "Turan Tovuz" növbəti yoxlama oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyənin I Liqa təmsilçisi "Iğdır"la qarşılaşıb.
Görüş Azərbaycan klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Jo Batista vurub.
Qeyd edək ki, "Turan Tovuz" Ankara toplanışı çərçivəsində daha əvvəl İranın U-21 millisi və Türkiyənin "Fatih Karagümrük" klubu ilə qarşılaşıb. Hər iki görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

