Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    “Lider olduğumu deyə bilmərəm, amma yaxşı oynayıram” – Miço Kuzmanoviç
    24.08.2023 11:12:38

    "Araz-Naxçıvan”ın cari mövsümdə vurduğu 3 qoldan 2-nin ötürməsini verən, 1-nin isə müəllifi olan Miço Kuzmanoviç arazpfk.com-a müsahibə verib.

    Prosport.Az serb əsilli bosniya və herseqovinalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

    – Arxada qalan 3 oyunla bağlı hansı məqamları qeyd etmək istərdiniz?
    – Son matçdakı nəticədən razı deyilik, amma keçirdiyimiz 3 rəsmi qarşılaşmaya diqqət yetirdikdə, düşünürəm ki, indi daha yaxşıyıq. Bizə bir qədər zaman lazımdır. Əminliklə deyə bilərəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Komandamız yeni qurulub, formalaşma dövrünü keçir. Yeni komanda üçün bunlar normaldır. “Qarabağ”a qarşı mübarizəmiz də göstərdi ki, biz güclü komandalara qarşı layiqli oyun nümayiş etdiririk. Deməli, düzgün yoldayıq.

    – “Qarabağ”la oyuna bir neçə dəfə toxundunuz. Son çempionla dueldə 1 xalı finişə yaxın əldən vermək komandaya necə təsir edib?
    – Yenə deyirəm, yaxşı oynayırıq, amma bu cür mübarizədən sonra sona 3-4 dəqiqə qalmış məğlub olmaq yolverilməzdir. Hazırkı məqamda hər xal bizim üçün çox vacibdir. Ona görə də elə məqamlar olur ki, düzgün davranmalı və qərar qəbul etməlisən.

    – “Qəbələ” ilə oyunda 2 məhsuldar ötürmə etdiniz, “Qarabağ”la görüşdə isə qol vurdunuz. Özünüzü komandanın lideri hesab edirsiniz?
    – Futbol kollektiv oyundur. Hansısa məqamda fərdlər ön plana çıxa bilər. Bu gün lider olduğumu deyə bilmərəm, amma yaxşı oynayıram. Biz komandayıq, qalib gələndə hamımız sevinirik, uduzanda da məyus oluruq. Komanda yoldaşlarıma kömək edə bilirəmsə, nəticə qazanmaq üçün faydam toxunursa, xoşbəxtəm. Yenə deyirəm, yaxşı futbol göstərmərk, azarkeşlərimizi sevindirmək istəyirik.

    – Adaptasiya dövrünü tam başa vurduğunuzu demək olarmı?
    – Komandamızdakı digər legionerlər kimi mənim da müyyən zamana ehtiyacım var. Həm də elə etməliyik ki, oyunumuz da artan xətt üzrə getsin. Azarkeşlərimiz əmin olsunlar ki, daha da yaxşı oynayacağıq.

    – “Sumqayıt”la matç haqda nə düşünürsünüz?
    – Çətin olacaq. Açığı, rəqibin oyun dəsti-xətti haqda geniş məlumatım yoxdur. Müəyyən analizlər aparılacaq, baş məşqçimiz bizim üçün faydalı olacaq tapşırıqları verəcək. Əlbəttə, istənilən halda meydana 3 xal qazanmaq üçün çıxacağıq.

    – Onlar cari mövsümdə 2 oyun keçirib, 6 xal qazanıblar...
    – Çünki rəqibimiz də yaxşı hazırlıq keçib. Onun nəticəsidir ki, keçirdikləri oyunlardan maksimum xalla ayrılıblar. Görünür, keyfiyyətli komandadır və bizimlə görüşdə də qələbə qazanmaq istəyəcəklər. Ancaq “Araz-Naxçıvan” da meydana eyni məqsədlə çıxacaq. Buna nail olmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik, bütün şanslarımızdan yararlanacağıq.

    Futbol

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    Futbol

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23
    Futbol

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32
    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved