"Qarabağ" klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Ağdam klubu pley-off mərhələsinin ilk matçında Sloveniyanın "Olimpiya" klubunun qonağı olacaq.
“Stoyitse” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü bolqarıstanlı FIFA referisi Georgi Kabakov idarə edəcək.
"Köhlən atlar" əvvəlki mərhələdə Finlandiyanın HYK komandasını mübarizədən kənarlaşdırıb. Lyublyana təmsilçisi isə Çempionlar Liqasının III təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına uduzaraq "köhlən atlar"a rəqib olub.

