Dünən UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçirilib.
Prosport.Az xəbər verir ki, Türkiyə çempionu “Qalatasaray” səfər matçına çıxıb. İstanbul nəhəngi Norveçdə yerli “Molde”ni son dəqiqələrdə vurduğu qol sayəsində məğlub edib – 3:2.
İsrailin Hayfa şəhərinin “Makkabi” klubu isə İsveçrənin “Yanq Boyz” komandası ilə ilk matçda sülh bağlayıb – 0:0.
Portuqaliya təmsilçisi “Braqa” isə doğma meydanda Yunanıstan “Panatinaikos” klubunu minimal fərqlə üstələyib – 2:1.

