Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç Kubokunda qələbə qazanıb.
Prosport.Az xəbər verir ki, Qurbanlının komandası səfərdə "Sandviken"lə üz-üzə gəlib.
Meydana start heyətində çıxan Musa 12-ci dəqiqədə komandasının 2-ci qoluna imza atıb. Bu, onun İsveç klubunda ilk qolu olub. Qurbanlı 45-ci dəqiqədə isə komandasına 3-cü qolun vurulmasına səbəb olan penalti qazandırıb.
Matç "Yurqorden"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Musa Qurbanlının komandası növbəti mərhələyə vəsiqə qazanıb.

