“Turan Tovuz” stadion problemini həll edib.
Prosport.Az xəbər verir ki, Tovuz şəhər stadionunda VIP sektor yenidən istifadəyə verilib.
Əsas tribunada olan VIP sektordan oyunları izləmək istəyən azarkeşlər 5 manatlıq bilet almalıdırlar.
Qeyd edək ki, “Turan Tovuz” cari mövsümdə Premyer Liqada ilk ev oyununu IV tur çərçivəsində “Səbail”ə qarşı keçirəcək. Görüş avqustun 26-da baş tutacaq.

