“Zirə”nin futbolçusu Toni Qomes karyerasını İsraildə “Hapoel” (Hadera) klubunda davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 2 klub arasında imzalanmış transfer müqaviləsinə əsasən Qvineya-Bisaudan olan hücumçu “Hapoel”ə transfer olunub.
“Zirə” Toni Qomesə kluba göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Toni Qomes 2022-ci ilin avqustundan "Zirə"də oynayırdı. Onun müqaviləsi 2024-cü ilin iyununda başa çatacaqdı. Afrikalı futbolçu ötən mövsüm Azərbaycan Premyer Liqasında 24 oyunda meydana çıxıb, 3 qol vurub, 2 qolun isə ötürməsini edib.

