Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin yeni iş yeri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi Kosova təmsilçisi "Lapi" ilə rəsmi müqavilə bağlayıb.
31 yaşlı futbolçu 1 illik müqaviləyə imza atıb. Bu barədə ilk xəbəri matc.az saytı yayıb.
Qeyd edək ki, Araz Abdullayev ötən il "Sumqayıt"dan ayrıldıqdan sonra klubsuz idi.

