"Fənərbaxça"nın futbolçusu Qustavo Enrike karyerasını "Real Valyadolid"də davam etdirəcək.
Prosport.Az xəbər verir ki, bu barədə hər iki klubun saytı məlumat yayıb. İspaniya 2-ci liqa təmsilçisi braziliyalı oyunçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Q.Enrike ötən mövsüm "Fənərbaxça"da 23 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.

