"Neftçi"nin futbolçusu əvəzedicilər liqasında kobud hərəti ilə yadda qalıb.
Prosport.Az xəbər verir ki, "Sabah-2" və "Neftçi-2" arasında keçirilən matç Masazır təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin futbolçusu Rüfət Abbasov bu görüşdə sərt hərəkətlə yadda qalıb. 18 yaşlı yarımmüdafiəçi topla irəliləyən rəqibini təpiklə vuraraq yerə yıxıb.
Həmin epizodun görüntülərini diqqətinizə çatdırırıq:

