“Kəpəz” daha bir əcnəbi futbolçu transfer edib.
Prosport.Az xəbər verir ki, gəncəlilər yarımmüdafiəçi Latir Falla heyəti gücləndirib.
28 yaşlı seneqallı orta sahə oyunçusu Premyer Liqa təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Latir Fallın son klubu Portuqaliyanın “Eştrela” klubu olub. Ümumiyyətlə, onun 2010-cu ildən başlayan peşəkar karyerası ancaq Portuqaliya ilə bağlıdır.

