"Qarabağ" növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki," Qarabağ" FK Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan Mateus Silvanı transfer edib.
Uzun müddət davam edən danışıqlar uğurla tamamlanıb və 25 yaşlı sağ cinah müdafiəçisi ilə 2+2 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu yeni komandasında 2 nömrəli formanı geyinəcək.

