“Ramil Şeydayev Tailanda hələ uyğunlaşmayıb”.
Prosport.Az xəbər verir ki, bunu Tailandın “Buriram Yunayted” klubunun baş məşqçisi Artur Papas Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev barədə danışarkən deyib.
O, ölkə çempionatının II turunda “Lampun Vorior” ilə görüşdə qol vuran hücumçunun çıxışından razılığını bildirib: “Ramil Şeydayev və Nikolau Kardozo 2 aydır ki, Tailanddadır. Ancaq “Lampun Vorior” ilə matçda yaxşı çıxış etdilər. Təkcə onlar yox, bütün komanda öz işini mükəmməl şəkildə yerinə yetirdi”.
Qeyd edək ki, Ramil Şeydayev “Buriram Yunayted”in 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb.

