“Neftçi” tarixində 2-ci dəfə uğursuz seriya ilə üzləşib.
Prosport.Az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ilk 3 oyunda 2 xal toplayaraq, bunu reallaşdırıb.
Bakı təmsilçisi 1992-ci ildən daimi iştirakçısı olduğu çempionatda buna qədər 1 dəfə belə startla üzləşib. "Neftçi" 2017/2018 mövsümünün ilk 3 qarşılaşmasında qələbə qazanmayıb. 6 il əvvəl “Qarabağ”a 1:2, “Səbail”ə 0:1 hesabı ilə uduzan komanda “Kəpəz”lə qolsuz heç-heçə edib.
Qeyd edək ki, “Neftçi” cari mövsümün ilk 3 matçında “Kəpəz”ə 0:1 hesabı ilə uduzub, “Səbail” və “Sabah”la (1:1) heç-heçə edib.

