Azərbaycan Premyer Liqasında "Neftçi" yenə qələbəyə həsrət qalıb.
Prosport.Az xəbər verir ki, III turun bağlanış matçında “Sabah” və “Neftçi” komandaları üz-üzə gəlib.
43-cü dəqiqədə Boyan Letiç dəqiq zərbə ilə "Sabah"ı önə çıxarıb. Fasilədən dərhal sonra “status-kvo” bərpa olunub. 49-cu dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrazabal avtoqol müəllifi olub.
Qalan dəqiqələrdə komandaların cəhdləri bir nəticə verməyincə, görüş 1:1 hesabı ilə başa çatıb. Yalnız “Sabah”ın baş məşqçisi Murad Musayev son dəqiqələrdə qırmızı vərəqə almaqla diqqət çəkib. Bu onun cari mövsümdə ilk qırmızı vərəqəsidir.
Bu nəticədən sonra “Sabah” xallarının sayını 4-ə, “Neftçi” isə 2-yə yüksəldib.

