"Bu gün "Qəbələ" ilə oyunda rəqib bizə təzyiq edirdi. Mən əksinə deyərdim ki, müdafiə xəttindən razı qaldım".
Prosport.Az-ın xəbərinə görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov deyib.
"Mən "Qəbələ" ilə oyunda müdafiə xəttinin işini bəyəndim. Düşünürəm ki, daha çox hücum xətti üzərində işləmək lazımdır.
Sol müdafiəçi, sol və sağ vingerin transferi üzərində iş gedir. Yaxın günlərdə bu transferləri reallaşdırmağa çalışacağıq".

