Azərbaycan Premyer Liqasının III turunun "Qəbələ" – "Sumqayıt" oyununu izləyənlər arasında Qətərdən gəlmiş futbolçular da var.
Prosport.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Qətərin "Aspire" İdman Akademiyasının azyaşlı futbolçuları da "Qəbələ"yə azarkeşlik edir.
Qeyd edək ki, "Aspire" Akademiyası 7 yaş qrupu üzrə ümumilikdə 230 nəfərlik heyətlə avqustun 4-dən Qəbələdə təlim-məşq toplanışındadır.

