Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Gəncədəki oyununun cızma-qarası: Qərb, yoxsa Dərd derbisi?
    19.08.2023 11:36:40

    Qərb derbisi. Afişa olaraq çox gözəl səslənir. Dünən Gəncədə canlı izlədiyim oyun derbi ab-havasında idimi? Bu barədə az sonra...

    Gəncədə hər zamankı kimi matç öncəsi ab-hava əla görünür. Hələ oyundan əvvəl Gəncə küçələində niva ilə oyuna gələn tovuzlu azarkeşi görürəm. "Turan Tovuz" şərfini qoluna bağlamış sürücü qolunu pəncərədən çıxarıb, qonaq komandanın azarkeşi olduğunu fəxrlə gəncəlilərə nümayiş etdirir. Gəncəli azarkeşlər isə kassa qarşısında növbə yaradıb. Əllərində matç bileti olan şəxslər var. Övladları ilə oyuna gedirlər. Biz də kameramızın yaddaşına bunu həkk edirik. Deyəsən, azarkeş baxımından ab-hava əla olacaq.

    Stadionun darvazalarından içəri daxil oluruq. Kölgənin düşdüyü hissədə qurulmuş tribunaların hansı salamatdırsa, demək olar ki, tutulub. Amma gün düşən hissədə yer alan tribunalarda azarkeş sayı çox olsa da, oradakı coşqu tam başqadır. Çünki orada "Xəmsə" və "Kapaz Ultras" fanklubları yer alıb. Stadionun şərq tribunasında isə Tovuzdan gəlmiş azarkeşlər görünür. Onlar da "Ultras Turan" banneri açıb. Yeri gəlmişkən, yeni mövsümdən "CBC Sport"un daha çox azarkeşin yer aldığı yerdən çəkiliş edəcəyi deyilsə də, tam əksini görürük. 

    Keçək oyuna. Ancaq bundan əvvəl haşiyə çıxaraq qeyd edim ki, ölkədəki internet problemi Gəncə şəhər stadionunda da bariz şəkildə özünü göstərir. Oyun ərzində internet sayta material ötürməyə mane olur. Ölkənin 2-ci böyük şəhərinin stadionunda. Nonsens! Elə ölkənin tarixinə görə 2-ci böyük klubunun da subyektiv və obyektiv səbəblərdən sponsorsuz qalması rüsvayçılıqdır. Bir "başpapaqlı" tapılmır ki, kluba yiyə dursun.

    Bununla belə, azarkeşlər ümidlidirlər. Axı, ilk turda komanda bu meydanda yenilənən və çempionluğa iddialı olacağı gözlənilən "Neftçi"ni yenilgiyə uğradıb. Elə matç da Azər Məmmədovun yetirmələrinin o qalib psixologiyası ilə başlayır. Bəstəboy Abdullahi Şuaybunun ifasında "Kəpəz"in bir neçə təhlükəli hücumları göz oxşayır. Aha, deyəsən, nəsə olacaq. Lakin "Turan Tovuz"un yeni transferi Martin Petkov və Belaydi Pusi hadisələrin məntiqi gedişatına uyğun olmayan şəkildə meydan sahiblərini məyus edir. Bolqar futbolçunun aktivində artıq 3 qol var. Daha sonra qonaqlarda Sərtan Taşkın, Gəncə təmsilçisində isə Mate Kvirkvia zədələnərək meydandan çıxdı. İlk hissədə daha bundan əhəmiyyətli epizod olmadı desəm, ifrata varmaram.

    2-ci hissənin qıza özəti isə belə idi. "Turan Tovuz" hücum edir, "Kəpəz" isə ara-sıra rəqib qapısına şığıyır, amma nə iləsə yadda qalmırdı. Ümumiyyətlə, tribunada yer alanlar matçın erkən bitməsini istəyirdi. Bunun nəticəsi idi ki, bəzi azarkeşlər fiti gözləmədən stadionu tərk etmək üçün tələsirdi...

    İnanın Allaha, oyundan çox, matçın sonunda gördüyüm mənzərə derbiyə daha uyğun gəlirdi. Gəncəli azarkeşlər meydançanı tərk edən tovuzlu azarkeşləri fitə basırdı. "Turan Tovuz"un veteran – 38 yaşlı qapıçısı Kamal Bayramov isə adəti üzrə yerli azarkeşləri qıcıqlandırırdı. Ona paylaşdığımız qısa video vasitəsilə baxmaq imkanınız olacaq...

    Amma bizim oyuna baxmaq imkanımız olmadı. Çünki meydandakı oyun deyildi. Heç şübhəsiz ki, bizim gördüyümüz oyun Qərb yox, Dərd derbisi idi. Biz əsl Qərb derbisini isə "Huner Group" kimi bir yerli şirkətin "Kəpəz"ə yaxın durmasından sonra izləyəcəyik. Əks halda, gəncəli azarkeşin dediyi kimi olacaq: "Vaxtı ilə biz "Turan"ı udurduq, indi bunlar bizi udur".

    Səbuhi Musa  

    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved