Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ağlamaq fikrim yoxdur" – Azər Məmmədov
    18.08.2023 20:00:02

    "Turan Tovuz"u təhlil etmişdik. Bilirdik ki, Ayxan Abbasovun öz oyun üslubu var, oyuna hazır idik. Gözləmədiyimiz anda qol buraxdıq. Bu qolun təsirindən ayılmamış qapımızda 2-ci qolu gördük. Buna baxmayaraq, komanda yaxşı oyun göstərdi. Çempionat yeni başlayıb. Hazırda turnir cədvəlinin heç bir əhəməyyəti yoxdur. Bundan da yaxşı olacağıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Sonadək mübarizə apardılar".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın III turunun "Turan Tovuz"la oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O, Gəncə təmsilçisinin məğlubiyyətini şərh edib.

    – Qapıçınız kobud səhvlərlə yadda qalır. Bu mövqeyə transfer gözlənilir?
    – Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirəm. Futbolda səhvlər də olur, yaxşı anlar da. "Neftçi"ni udanda səhvlər görünmürdü. Razıyam, səhvləri oldu. Amma o da istəməzdi ki, qollar buraxaq. Qapıçı transferi yox, amma başqa mövqelərə gözlənilir.

    – Transfer məsələsi nə yerdədir? Razılıq əldə etdiyiniz oyunçular var?
    – Nə qədər çətin olsa da, ağlamaq fikrim yoxdur. "Kəpəz"ə gələndə özümə belə söz vermişəm. Bu şərait və büdcə ilə razılaşmışamsa, axıra kimi əlimdən gələni edəcəyəm. Hazırkı futbolçularla davam edəcəyəm. Bəli, çətindir. Çalışacağıq ki, bu istiqamətdə işlər görək.

    – Məğlubiyyətə erkən buraxılan qol, yoxsa Mate Kvirkviyanın zədələnməsi təsir etdi?
    – Mateyə görə çox təəssüflənirəm. Tibbi baxışdan sonra durumu bilinəcək. Oyunu uduzduq, amma futbolçu itirmək bizim üçün çox ağırdır. Oyuna gəlincə, qola kimi futbolçular meydanda mənim istədiklərimi yerinə yetirirdi. Futbolçulara tapşırmışdım ki, ehtiyatlı oynamaq lazımdır. Belə də başlamışdıq. Gözləmədiyimiz anda qol buraxdıq. Bu da sınma nöqtəsi idi.

    – Hücum xəttinə transfer fikriniz var?
    – Müdafiə planında yaxşıyıq. Hücumdakı durumdan razıyam. Bu haqda düşünürük. Hücum oyunçularının hərəsinin üzərinə düşən iş var. Onlara tapşırmışıq ki, bir az artırmaq lazımdır. Bu, baş versə, qollar da gələcək. Getdikcə hər şey yoluna düşəcək. Bir neçə transferlə oyunumuzda yaxşıya doğru dəyişiklik olacaq.

    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved