"Qarabağ"ın Sloveniyada "Olimpiya" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa təyinatlar açıqlanıb.
Prosport.Az xəbər verir ki, qarşılaşma Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov laynsmanlar qismində yardımçı olacaq. Radoslav Qicenov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 24-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

