"Milan" heyətinə yeni müdafiəçi cəlb etməyi düşünür.
Prosport.Az xəbər verir ki, "rossonerlər" "Platense"dən Marko Pelleqrinonu transfer etmək niyyətindədir.
Məlumatı insayder Fabritsio Romano yayıb. Futbolçunun şəxsi müqaviləsi üzrə razılıq əldə olunub. Hazırda klublar arasında danışıqlar gedir.

