UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Neftçi" və "Sabah" üçün avrokubok mövsümü başa çatıb.
Prosport.Az xəbər verir ki, "Neftçi" İstanbulda Emin Mahmudovun qolu ilə öndə olduğu matçda "Beşiktaş"a 1:2 uduzub.
Gümüş medalçımız "Sabah" isə Bakıda 2:0 qalib gəldiyi "Partizan"a Belqradda 0:2 uduzub. İlk qolu "Neftçi"ni bu yay "Partizan"a dəyişmiş braziliyalı hücumçu Mateus Saldanya, 2-ci qolu "Rubin"in sabiq çərkəz əsilli israilli futbolçusu Bibras Natxo vurub. Penaltilər seriyasında "Partizan" 5:4 qalib gəlib.
Qeyd edək ki, bununla da avrokuboklarda qışadək mübarizə aparacaq yeganə təmsilçimiz yenə "Qarabağ" qalıb.

