Futbol üzrə Azərbaycan I və II Liqasında keçiriləcək püşkatmanın vaxtı açıqlanıb.
Prosport.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Hər 2 turnirin püşkatma mərasimi 22 avqust saat 15:00-da başlayacaq. Tədbir AFFA-nın inzibati binasında baş tutacaq.

