"Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov Serbiyanın paytaxtı Belqradda Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçlə görüşüb.
Prosport.Az xəbər verir ki, sabiq hücumçuya komandanın 10 nömrəli forması hədiyyə edilib.
41 yaşlı Branimir Subaşiç "Partizan"a qarşı UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah"a uğurlar arzulayıb.
Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə Masazır təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

