AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Ülvi İsgəndərovu 2 oyunluq cəzalandırıb.
Prosport.Az xəbər verir ki, buna hücumçunun Azərbaycan Premyer Liqasının II turunda "Araz-Naxçıvan"la matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
"Qırmızı-qaralar" isə 2 min manat cərimələnib.
Qeyd edək ki, "Qəbələ" həmin qarşılaşmada 0:2 hesabı ilə uduzub.

