AFFA İntizam Komitəsi "Səbail" klubunu 1500 manat cərimələyib.
Prosport.Az xəbər verir ki, buna "dənizçilər"in Premyer Liqanın II turunda "Neftçi" ilə matçın (1:1) 2-ci hissəsinə gec çıxması səbəb olub.
Komanda həmin görüşdə 5 oyunçusu sarı vərəqə ilə cərimələndiyi üçün 700 manat da ödəyəcək.
Məşqçi Elmir Xankişiyev də "Səbail"i ziyana salıb. Mütəxəssis qarşılaşma vaxtı meydana kənar əşya atdığına görə 2-si şərti olmaqla 4 matçlıq cəzalanıb. Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti 3 ay təyin olunub.
"Neftçi"nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə "ağ-qaralar” 500 manat ödəməli olacaq.

