"Bu günə kimi də "Səbail"dən ayrılmağımın cavabını bilmirəm. Bu özümə də aid deyil. Siz bunun səbəbini bilsəniz, xahiş edirəm ki, mənə də bildirin".
Bunu Prosport.Az saytına müsahibəsində "Qarabağ" Akademiyasının koordinatoru Aftandil Hacıyev bildirib.
42 yaşlı mütəxəssis müsahibəsində 2018-2022-ci illərdə işlədiyi "Səbail"dən gözlənilməz ayrılığı barədə də danışıb. O, yeni müqavilə bağlandıqdan sonra 10 gün sonra anlaşmasının pozulmasının səbəbini indiyədək bilmədiyini və bu barədə maraqlanmağa cəhd etmədiyini bildirib:
"Heç bu barədə müzakirə getməmişdi. Düşünmürəm ki, hər hansısa oyuna görə belə qərar qəbul edildi. Başqa amilə görə oradan çıxarılmışamsa, bundan xəbərsizəm. Özüm də bunun səbəbini öyrənməyə cəhd etmədim. Çünki artıq mənim barədə verilən qərar bəlli idi və bundan sonra danışmaq yersiz idi".

