Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycanda da “Dinamo”nu sevənlərin çox olması pis hal deyil" – Kadiri
    17.08.2023 11:21:27

    “Araz-Naxçıvan”ın dayaq yarımmüdafiəçisi Mohammed Kadiri Azərbaycan Premyer Liqasında hər 2 oyundakı çıxışı ilə diqqəti cəlb edib.

    Prosport.Az xəbər verir ki, qanalı futbolçu arazpfk.com-a müsahibə verib, arxada qalan 2 oyun və Premyer Liqa barədə fikirlərini bildirib.

    – “Qəbələ” ilə oyun barədə nə düşünürsən?
    – Düzdür, qələbə qazandıq, amma rəqibimiz yaxşı komandadır. Ötən mövsüm Azərbaycan kubokunu qazanıblar, eyni zamanda mövsümü 4-cü pillədə başa vurublar. Yəni bu komanda Avropa Konfrans Liqasında iştirak etmiş kollektivdir. “Araz-Naxçıvan” isə qısa vaxtda yığışıb, hələ formalaşma dövrünü keçir.

    – Hər 2 oyuna görə “Araz-Naxçıvan” haqda xoş sözlər deyilir. Komanda hansı oyunu daha yaxşı keçirdi?
    – Razıyam, ola bilər “Turan Tovuz”la matçda bu cür çıxış edəcəyimizi gözləmirdilər. Həmin matçda da yaxşı oynadıq. Amma müqayisə etsək, məncə, “Qəbələ”yə qarşı daha üstün oyun göstərdik. Nəticə də fikrimi təsdiqələyir. Tədricən daha yaxşı oynayacağıq.

    – Növbəti oyunda son çempion “Qarabağ”a qarşı çıxış edəcəksiniz. Bu matçla bağlı nə düşünürsən?
    – “Qarabağ” haqda məlumatımız var. Bu komandanın gücünə də, qazandığı nəticələrə də bələdik. Əlbəttə, onlara qarşı oynamaq çətin olacaq. Amma biz çalışacağıq ki, rəqibə şans verməyək.

    – Kadiri hazırda oyunlara neçə faiz hazırdır?
    – Bir müddət idi oynamırdım. Fərdi məşqlərlə kollektiv çalışmalar, eləcə də oyun keçirmək fərqlidir. Hazırda 75 faiz hazıram. Amma qısa vaxtda geriliyi aradan qaldıracağam və 100% hazır olacam ki, komandama da istədiyim kimi kömək edə bilim.

    – Vaxilə Kiyev “Dinamo”sunda çıxış etmisən. Bu komandanın ölkəmizdə çoxsaylı azarkeşlərinin olduğunu bilirdin?
    – Nə gizlədim, bu haqda informasiyam yox idi. “Dinamo” böyük klubdur. Ukraynada da bu komandanın pərəstişkarları çoxdur. Azərbaycanda da “Dinamo”nu sevənlərin çox olması pis hal deyil. Vaxtilə bu komandada yaxşı günlərim olub.

    – Premyer Liqa haqda nə düşünürsən?
    – Bizi gərgin və maraqlı mübarizə gözləyir. Səviyyə baxımından komandalar yaxşı vəziyyətdədir. Hər kəs medallar və avrokuboklara vəsiqə uğrunda yarışır. Azarkeşlər üçün baxımlı, komandalar üçün isə gərin mövsüm keçəcək.

    Futbol

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05
    Futbol

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04
    Futbol

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11
    Futbol

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57
    Futbol

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30
    Futbol

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan kubokunun qalibləri müəyyənləşdi

    26.11.2026 20:52:49

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04

    "DH Volley" ilk oyunda Polşa klubuna məğlub oldu

    26.11.2026 19:49:34

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57

    Dünya çempionatında uğur qazanan veteran güləşçilərlə görüş

    26.11.2026 18:10:57

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34

    Millimiz seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

    26.11.2026 16:16:29

    Premyer Liqa: Mərkəzi oyunlar FIFA referilərinə tapşırıldı

    26.11.2026 15:43:51

    Gəncə klubunun prezidenti və futbolçusuna cəza verildi

    26.11.2026 15:12:40

    Hansi Flik Bakıdakı qələbədən sonra tarixi uğura imza atdı

    26.11.2026 14:42:03

    Bakıda keçirilən dünya çempionatında 7 erməni idmançı yarışır – ADLAR

    26.11.2026 14:23:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved