Finlandiyada HİK və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Prosport.Az xəbər verir ki, qarşılaşma üçün 5 500 bilet alınıb.
Görüş başlayana qədər biletlərin tükənəcəyi gözlənilir. Stadionun tutumu 10 770 nəfərlikdir.
Qeyd edək ki, sabah "Bolt Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Arena 10 770 azarkeş tutumuna malikdir. İlk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.

