Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, qarşılaşma oktyabrın 13-də Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.
Stadion 2021-ci ilin iyunun 2-də açılıb və əsl adı "Lilleküla" adlanır. Sponsorluq səbəbindən "A. Le Coq Arena" adlandırılan stadionun tamaşaçı tutumu 14 336 nəfərdir.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

