Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda uduzub.
Prosport.Az xəbər verir ki, "Dinamo" doğma meydanda Yunanıstan çempionu AEK-i qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə Dario Şpikiçin əvəzinə meydana daxil olub. Lakin o, meydana daxil olduqdan sonra komandası 2 top buraxıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 19 avqustda Yunanıstanın paytaxtı Afinada baş tutacaq.

