"Neftçi"nin 15 yaşadək komandasının oyunçusu Emin Süleymanov Türkiyədə çıxış edəcək.
Prosport.Az-ın xəbərinə görə, o, qardaş ölkənin adlı-sanlı komandalarından biri olan "Altay"la 2 illik müqavilə imzalayacaq.
Bu barədə məlumatı uşaq futbolunu işıqlandıran Heydər Əliyev məlumat yayıb.
Qeyd edək ki, Emin Süleymanov ötən mövsüm "Sumqayıt"ın heyətində çıxış edib, Azərbaycan çempionu olub.

