“Sabah” nigeriyalı futbolçu Oluvaseun Timilehini icarəyə götürüb. Prosport.Az xəbər verir ki, 18 yaşlı hücumçu ölkəsinin “Dino Sportinq” klubundan birillik icarəyə götürülüb. Oluvaseun Timilehin əsasən “Sabah”ın əvəzedici komandasında çıxış edəcək.