Roberto Mançini istefa verdiyi İtaliya millisini kimin çalışdıra biləcəyini açıqlayıb.
Prosport.Az xəbər verir ki, o, "Corriere dello Sport"a açıqlamasında deyib: “Düşünürəm ki, bu vəzifəyə Luçano Spalletti təyin olunacaq. Mən ona ən yaxşısını arzulayıram".
Qeyd edək ki, Roberto Mançini avqustun 13-ü istefa verib. Onun İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə bu addımı atdığı iddia olunur.

